Azərbaycanda qasırğa başladı: maşınlar görünməz oldu (VİDEO)

Azərbaycanda qasırğa başlayıb.
“Qafqaz Xəbər” qəzeti  baku.ws-ə istinadən xəbər verir ki, fırtına Bakı-Quba yolunda qopub.
Güclü külək avtomobillərin hərəkətinə çətinlik yaradıb. İnsanlar hərəkət edə bilmir.
Fırtına həm də Bakı-Salyan yolunda qopub.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, güclü külək sonradan fırtına ilə müşayiət olunacaq. Həmçinin Azərbaycanda maqnit qasırğası baş verəcək.
Onu da qeyd edək ki, rəsmi qurumlar da, güclü küləklə bağlı xəbərdarlıq edib. Güclü küləkli havada insanları diqqətli olmağa çağırırlar.

  DİGƏR XƏBƏRLƏR