Bakıda qadın 6-cı mərtəbədən yıxıldı, sağ qaldı – Fotolar

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

Ağır xəsarət alan qadın əraziyə gəlmiş təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır  qiymətləndirilir.


  DİGƏR XƏBƏRLƏR