Bakıda taxta bazarı yanır – VİDEO

Səhiyyə Nazirliyi bəyan edib ki, Nərimanov rayonunda taxta bazarının yanması ilə əlaqədar hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib. Hələlik Təcili yardıma bir nəfər FHN nin yanğınsöndürəni müraciət edib.

“Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə xəbər verəcəyik”,-nazirlikdən Modern.az-a bildirilib.

***

Nərmanov rayonu ərazisində, Dərnəgül yolunda yerləşən taxta bazarında yanğın hələ söndürülməyib. Modern.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib. Bundan başqa, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də hadisə yerindədir.
Yanğının söndürülməsi davam edir…

***

Fövqəladə Hallar Nazirliyinin Modern.az-a verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

**

Bakıda taxta satılan bazada yanğın başlayıb.

Modern.az xəbər verir ki, hadisə Nərmanov rayonu ərazisində Dərnəgül yolunda yerləşən taxta bazarında baş verib. Alov bir neçə obyektə yayılıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadaları cəlb olunub. Hazırda alovun söndürülməsinə çalışılır.

 

  DİGƏR XƏBƏRLƏR