Biləsuvarda ağır yol qəzası – 3 ölü, 4 yaralı

Biləsuvarda ağır yol qəzası nəticəsində üç nəfər ölüb, dörd nəfər isə yaralanıb.

“Qafqaz Xəbər” qəzeti AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Hundai” markalı avtomobil idarəetməni itirmə nəticəsində aşıb, avtomobildə olan 7 nəfərdən ikisi hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alan digər sərnişinlər isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR