Bitkilər telefon vasitəsilə müayinə olunur- VİDEO

Telefonu bitkinin zərər dəyən hissəsinə tutmaqla onun xəstəliyini müəyyən etmək olur.

Üstəlik proqam həmin xəstəliyin müalicəsi haqqında məlumat da verir.

Proqrama hazırlayan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi Elviz İsmayılov deyir ki,proqramı yaratmaqda əsas məqsədi insanların ev şəratində bitkilərinin müalicə etməsinə kömək etrməkdir.

Süni intelekt sistemi ilə işləyən proqramı istənilən sayda xəstəlik və bitki barədə məlumat daxil etmək mümkündür.Burda ən başlıca tələb isə effektiv üsulların istifadəçiyə göstərilməsidir.Elviz İsmayılov deyir ki,bu proqram kənd təssərrüfatı təyinatlı bitkilərin dəeffektiv və sürətli şəkildə müalicə və müayinəsini təmin edə bilər.

Elviz İsmaylovun sözlərinə görə,hazırda sınaq mərhələsində olan proqramı gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir.(Xezerxeber.az)

  DİGƏR XƏBƏRLƏR