Çempionlar Liqasında pley-offun iştirakçıları müəyyənləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçiriləcək.

APA-nın məlumatına görə, cavab qarşılaşmaları çərçivəsində 10 matç baş tutacaq.

Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edəcək. Qalib gələcək 10 komanda yarışın pley-off mərhələsinə yüksələcək.

Azərbaycan çempionu “Qarabağ” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Kipr APOEL-ini qəbul edəcək. Ağdam klubunun potensial rəqibləri də cavab matçlarını keçirəcək.

Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, “Ayaks” – PAOK cütünün qalibi ilə oynayacaq. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qonşu Türkiyənin vitse-çempionu “Başakşəhər” Yunanıstanda “Olimpiakos” önünə çıxacaq. İstanbullular evdəki minimalhesablı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaqlar.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
13 avqust
Çempionlar yolu

20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)
İlk oyun – 2:1
21:00. “Rusenborq” (Norveç) – “Maribor” (Sloveniya)
İlk oyun – 3:1
22:00. “Ferensvaroş” (Macarstan) – “Dinamo” (Xorvatiya)
İlk oyun – 1:1
22:00. “Kopenhagen” (Danimarka) – “Srvena Zvezda” (Serbiya)
İlk oyun – 1:1
22:30. “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:2
22:45. “Seltik” (Şotlandiya) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun – 1:1
Liqa yolu
21:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika)
İlk oyun – 0:1
22:30. “Olimpiakos” (Yunanıstan) – “Başakşəhər” (Türkiyə)
İlk oyun – 1:0
22:30. LASK (Avstriya) – “Bazel” (İsveçrə)
İlk oyun – 2:1
23:00. “Portu” (Portuqaliya) – “Krasnodar” (Rusiya)
İlk oyun – 1:0

  DİGƏR XƏBƏRLƏR