“Dorian” saatda 185 km sürətlə Floridaya yaxınlaşır

ABŞ Milli Qasırğa Mərkəzi Dorian qasırğasının təhlükə səviyyəsini 3-cü kateqoriyaya yüksəldib.
Qaynarinfo xəbər verir ki, bazar ertəsi Floridaya çatması gözlənilən qasırğanın sürəti saatda 185 km-dir. Dorianın yaxın günlərdə 4-cü təhlükə kateqoriyasında olacaq və sürəti saatda 210-240 km-ə yüksələcək.
Federal və Florida rəsmiləri ərazidə qasırğa ilə bağlı hazırlıqların tamamlandığını açıqlayıb.
Qeyd edək ki, prezident Donald Tramp təbiət hadisəsi ilə əlaqədar Polşa səfərini təxirə salıb.

  DİGƏR XƏBƏRLƏR