Dünyanın ən bahalı müdafiəçi transferi rəsmiləşdi

“Mançester Yunayted” Harri Maquayrın transferini reallaşdırıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” “Lester”dən alınan müdafiəçi üçün 80 milyon funt-sterlinq (87 milyon avro) ödəyib. Harri Maquayrla 6 illik müqavilə imzalanıb.
Bununla da dünyanın ən bahalı müdafiəçi transferi reallaşıb. Buna qədər rekord “Liverpul”un müdafiəçisi Vircil van Deykə məxsus idi. Mersisaydlılar hollandiyalı futbolçunu 2018-ci ildə “Southempton”dan 82 milyon avroya almışdı.
Qeyd edək ki, “Lester” Harri Maquayrı 2017-ci ildə “Hall Siti”dən 13.7 milyon avroya alıb.

  DİGƏR XƏBƏRLƏR