“Fəhlə öləcək- nə olsun! Sabah onun yerinə başqası işə girəcək…”

Təəssüf ki, belə dəniz-pirat psixologiyası  artıq bizim də bəzi sahibkarların ruhuna hakim olub…
“Bunlar qan və rənginə görə yerli, ancaq düşüncə, inanc, zövq, davranış baxımından ingilis olan bir cəmiyyətin yaradılmasını dəstəkləyir…”

SSRİ çökəndən bəriki 3 onillik ərzində ABŞ və Avropanın dünyada hakim olan mediasının təsiri altında keçmiş postsovet və sosialist ölkələri, o cümlədən Azərbaycan əhalisinə yalnız Rusiimperiyası hesab edilən Sovet İttifaqı dövründə, bir az da ondan əvvəlki Çar Rusiyası zamanında müstəmləkə halında olan xalqlara qarşı rusların törətdikləri vəhşiliklərdən, soyqırımı, repressiya, sürgün və deportasiyalardan mütəmadi olaraq danışılır. Lakin bu gün özünü “demokratik” adlandıran Avropa ölkələri və ABŞ-ın, xüsusən ingilislərin qurduğu Böyük Britaniya imperiyasının müstəmləkə elan etdikləri xalqların başına açdıqları rəzil oyunlar, kiçik istisnalarla, unudulur. Və o gerçəklik də kölgə altına salınır ki, super güclər Rusiya vasitəsilə dünyanı “sosializm”, “kommunizm”, “proletar qardaşlığı”, “beynəlmiləlçilik” şüarları altında əsarət altına almağa çalışırdısa, çağdaş günümüzdə də Qərb dünyası “demokratiya”, “qloballaşma”, “tolerantlıq”, “multikulturalizm”  nağıllarıyla əslində keçmiş imperiyaların funksiyalarını mədəni şəkildə davam etdirir…
Yaxın Şərqdə,  Mərkəzi  və Cənub-Şərqi Asiyada, eləcə də bu günlərdə yenidən dünya mediasının gündəminə çevrilmiş Hindistan və Pakistanın Kəşmirlə bağlı aralarında yaranmış gərginliyin kökündə də  məhz bu gün də mədəni, “sivil” vasitələrlə davam etdirilən ingilis işğalları, əsarəti, çoxüzlü siyasəti dayanır…
1998-ci ildə İstanbulda rus dilində nəşr olunmuş “İngilis  xəfiyyəsinin etirafları” kitabında(səh. 85-120) Böyük Britaniya imperiyasının XIX əsrdən bu yana İslam coğrafiyasında,  xüsusilə Hindistanda törətdiyi vəhşilik və qeyri-insani əməllərdən bəhs edilir. Moderator.az kitabın bu mövzuda ən diqqətəlayiq epizodlarını nəzərinizə çatdırır.
 
 
“Dünyanın heç bir guşəsində insan həyatına burada olduğu qədər vicdansız laqeydlik olmayıb…”  
“…Sonra Britaniya müstəmləkəçilərinin ingilis dilini Hindistanda rəsmi dil elan etmək və yerli xristianlaşmış gənclər yetişdirmək istiqamətində cəhdləri başladı. Bu məqsədlə tamamilə missionerlərin nəzarəti altında olan məktəblər açıldı. Hətta  baş canişin lord Palmerston və bir çox digər ingilis lordları iddia etməyə başladı ki, Hindistan əhalisi xristianlıqdan faydalanır, ona görə də  Hindistan Allahın Özü(əstəğfürullah!-S.L.) tərəfindən İngiltərəyə peşkəş edilib.
Lord Makley Hindistanda qan və rənginə görə yerli, ancaq düşüncə, dərrakə, inanc, zövq, davranış baxımından ingilis olan bir cəmiyyətin yaradılmasını dəstəkləyir və bunun üçün çalışırdı. Bu minvalla missionerlər tərəfindən açılmıış məktəblərdə əsas diqqət ingilis dili və ədəbiyyatının, eləcə də xristianlığın öyrənilməsinə xüsusi diqqət verilirdi. Beləliklə,  ingilis dili və ədəbiyyatından savayı heç nə bilməyən xristianlaşmış məxluqlar tərbiyə olunurdu. Bu cür hindistanlı gənclər məmur kimi xidmətə cəlb edilirdi. Belələri keçmiş müsəlman kimi öz dinlərini dəyişdiklərindən mürtəd olur və hindistanlılar tərəfindən  kafir kimi qəbul edilirdi. Odur ki,  xristianlaşmış gənclər öz ailələrindən miras almaq hüququndan məhrum olurdular. Missionerlər bu qanuni qadağanıı aradan qaldırmaq üçün 1850-ci ildə yeni qanun verilməsinə nail oldular ki, nəticədə xristianlaşmış keçmiş müsəlman gənclər öz ailələrindən miras almaq hüququ qazandılar. Odur  ki, hindistanlılar ingilislər tərəfindən açılmış  məktəbləri “şeytan dəftərxanası” adlandırırdılar.
1925-ci ildə Hindistanda olmuş fransız jurnalisti Marsel Pernu öz kitabında yazır:
“Paris və Londonun ətraf məhəllələrindəki viranəliklər Hindistanın birinci şəhəri – Kəlküttədəki yoxsulluq mənzərəsi barədə təsəvvür yarada bilməz. Kəlküttədəki komalarda insanlar heyvanlarla bir yerdə qalır, uşaqlar ağlayır, xəstələr inildəyir. Onların yanında spirt və həşişin təsirindən huşunu itirərərək ölü kimi uzanmış adamları görə biıərsiniz. Belə ac, yoxsul, zəif, gücsüz məxluqlar görəndə insan qeyri-iradi düşünür: onlar hansı işi görə bilərlər ki?..
Fabrik rəhbərlikləri öz qazanclarının hansı hissəsini fabriklərdə işləyən bu adamlara  verirlər. Ehtiyac, məhrumiyyət, yoluxucu xəstəliklər, alkoqollu içki və narkotiklər  köməksiz əhalini məhv edir.  Dünyanın heç bir guşəsində insan həyatına bu ölkədə olduğu qədər vicdansız laqeydlik olmayıb. Burada heç bir iş, heç bir zəhmət ağır və sağlamlıq üçün zərərli hesab edilmir.  Fəhlə öləcək- nə olsun! Sabah onun yerinə başqası işə girəcək. İngilislər burada yalnız bir şeyi düşünür: istehsalı genişləndirmək və gəliri yüksəltmək…
Britaniyanın keçmiş Xarici İşlər naziri Vilyams Ceninqs Brian arqumentli şəkildə ingilis idarəçiliyinin Rusiya idarəçiliyindən daha çox qəddar və laqeyd olduğunu göstərərək özünün “Hindistan İngiltərə hakimiyyəti altında” kitabının sonunda yazır:
“Hindistann salamat qalan sakinlərinə “rihaf və çiçəklənmə bəxş etdiklərini” iddia edən ingilislər milyonlarla hindlini məzarlara gömüb. Hər yerdə məhkəmə və icra orqanları yaratdığını deyən bu millət rəsmi qarətçliklə Hindistanı iliyinədək soyub. “Qarət” sözü bir az ağır səslənsə də, ingilis administrasiyasının həyasızlıq və iyrəncliyini başqa cür adlandırmaq mümkün deyil. İngilis millətinin özünün “xristian” olduğunu  söyləyən vicdanı köləlik zəncirlərində inləyən və köməyə çağıran Hindistan müsəlmanlarının fəryadını eşitmək istəmir…”
Cənab Qotbert Keombtuk özünün “Hindlinin həyatı” adlı kitabıında deyir:
“Cənab ingilislər hindlini istismar edir, o isə hər şeyini itirənədək, ölənədək işləməyə, onların xidmətində durmağa davam edir”.
Bunlar vicdanlı xristianların  ingilislərin vəhşiliyi haqqında söylədiklərinin yalnız  bir hissəsidir…”
P.S. Təəssüf ki, belə dəniz-pirat psixologiyası bu gün müsəlman ölkələrində, o cümlədən Azərbaycanda da bəzi sahibkarların ruhuna hakim olub…”
(Davamı var)
Tərcümə etdi: Sultan Laçın

  DİGƏR XƏBƏRLƏR