“Facebook” sosial şəbəkədə material yerləşdirməyə görə 3 milyon dollar pul təkilf edir

“Facebook” şirkəti ABŞ-ın aparıcı media qurumlarına sosial şəbəkədə lisenziyalı materiallar yerləşdirməyə görə 3 milyon dollar pul təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat bildirib.

Qəzetin informasiyasına görə, Facebook “The Walt Disney Company”, “ABC” telekanalına, “The Washington Post” qəzetinə, “Bloomberg” agentliyinə və “Dow Jones” şirkətinə, habelə “The Wall Street Journal” qəzetinin törəmə qurumlarına bənzər təkliflər verib.

Özəl olaraq xəbərlər üçün ayrılacaq yeni sütun Facebook-da artıq payız aylarında peyda ola bilər.

Dünyann ən böyük sosial şəbəkəsi adı çəkilən mətbu orqanlara hansı xəbəri yerləşdirməkdə sərbəst olduqlarını bildirib. Variantlardan biri məqalənin hamısının, ikincisi isə yalnız başlığının saytda və ya telefon əlavəsində qoyulmasıdır.

Mətbuat üzrə ekspertlər “Facebook”un bununla dövri mətbuat bazarına ciddi addım atdığını qeyd edirlər.

  DİGƏR XƏBƏRLƏR