Hindistanda pələng 28 yaşlı kişini yeyib

Hindistanın Madhya-Pradeş ştatında pələng 28 yaşlı kişini yeyib.

APA-nın “İndia Today”ə istinadən verdiyi xəbərə görə, 28 yaşlı Manoc Dhurve avqustun 6-da göbələk yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb.

Bundan narahat olan yaxınları onun axtarışına çıxıblar. Axtarış zamanı ilk olaraq onun əşyalarını, sonra isə eybəcər hala düşmüş qalıqlarını aşkar ediblər.

“Aşkarlanan sübutlar ona dəlalət edir ki, Manoc Dhurveni pələng öldürüb”, – meşə idarəsinin əməkdaşı Racniş Sinqh bildirib. Onun sözlərinə görə, pələng kişinin bədəninin böyük hissəsini yeyib.

Manoc Dhurvenin ailəsinə təzminat ödəniləcək.

  DİGƏR XƏBƏRLƏR