Hollandiyada pərəncə qadağası qüvvəyə mindi

Hollandiyada ötən il qəbul edilən pərəncə qadağası qüvvəyə minib.
Qaynarinfo xəbər verir ki, Hollandiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu gündən ictimai nəqliyyat, təhsil və səhiyyə müəssisələri, dövlət idarələrində üzün bağlanması qadağan edilib. Məhdudiyyət tibbi məqsədlə sifətin bağlanmasına, tədbir geyimlərinə aid edilmir.
Qaydaya əməl etməyən şəxsləri 150 avro pul cəzası gözləyir.

  DİGƏR XƏBƏRLƏR