Honkonqda növbəti aksiyaya 1,7 milyon etirazçı toplaşıb

Honkonqda 1,7 milyon insanın iştirakı ilə növbəti etiraz aksiyası keçirilib.

Bu barədə “Associated Press” agentliyi aksiya təşkilatçılarına istinadən məlumat yayıb.

Təşkilatçıların nümayəndəsi Cimmi Şamın sözlərinə görə, Honkonqun mərkəzi rayonunda sayını dəqiq müəyyən edə bilmədikləri böyük insan kütləsi toplaşıb:

“Ancaq əminəm ki, ümumilikdə iştirak edən etirazçıların sayı 1,7 milyondan çoxdur”.

Bildirilir ki, etirazçılar polisin ünvanına təhqiredici sözlər səsləndirib, lazerlərlə işıq şüaları salıb və mühafizə çəpərlərinə çətirlə vurublar. Ancaq ciddi qarşıdurmalar olmayıb.

  DİGƏR XƏBƏRLƏR