İki dəfə dövlət çevrilişinə cəhd edən, sonra edam edilən bacarıqlı idmançı – FOTOLAR

Türkiyə millisinin ən bacarıqlı jokeyi olan, eyni zamanda orduda zabit olaraq tanınan Fethi Gürcanın həyatı haqqında bir neçə maraqlı məqamları diqqətinizə çatdırırıq.

Fethi Gürcan 1922-ci ildə Türkiyənin Konya şəhərində dünyaya göz açıb. 1943-cü ildə hərbi məktəbi bitirib zabit olub. 1954-cü ildə isə öz bacarığı ilə Türkiyə millisinə qatılıb. Olduqca bacarıqlı at sürə bilən Fethi Gürcan ölkədaxili və ölkəxarici yarışlarda Türkiyəni layiqincə təmsil edib. O, hərbidə də öz bacarıqları ilə yüksək nailiyyət əldə edib. Mühafizə alayının süvari qrup komandirliyi vəzifəsinə qədər yüksələn Fethi Gürcan hər kəs tərəfindən çox sevilib.

fethi_gurcan_1

1962-ci ildə Türkiyə ordusu içərisində parçalanma baş verib. İkiyə bölünən ordu arasında gərginlik başlayıb. Dövlət çevrilişinə cəhd edən ordunun bir hissəsinin yanında Fethi Gürcan da olub.

1469779061

Fethi Gürcanın verdiyi dəstək ilə bir qrup hərbçi Çankaya köşkünü mühasirəyə alıb. Köşkdə prezident İsmet İnönü, baş nazir Cemal Gürsel, baş qərargah rəisi və bir neçə general toplantı keçirirdi.

43249

Dövlət çevrilişinə dəstək verən dogər komandir isə polkovnik rütbəsi ilə bilinən Talat Aydemir idi. Fethi Gürcan ilə birlikdə Çankaya köşkünü ələ keçirmək cəhdləri uğursuz olub. Türkiyə prezidenti İsmet İnönünün əmri ilə dövlət çevrilişinə cəhd edənlər hamısı həbs ediliib. Lakin sonradan onlar əfv edilərək sərbəst buraxılıb. Qiyamçıların hamısı təqaüdə göndərilib. Fethi Gürcan isə Müdafiə Nazirliyində müfəttiş olaraq yenidən işə düzəlib. Çevrilişə cəhdin uğursuz olduğunu həzm edə bilməyən Talat Aydemir və Fethi Gürcan yenidən gizlicə təşkilatlanmağa başlamışdı. Yaşadıqlarından dərs almayan iki komandir, onları nəyin gözlədiyindən xəbərsiz olub.

binbasi_fethi_gurcan_oldu851tarihtebugun

1963-cü ildə Ankara radiosunu ələ keçirən təqaüdçü çevrilişçilər oradan xalqa müraciət ediblər. Hökumətə bağlı qalan hava qüvvətləri sayəsində ikinci dövlət çevrilişi də uğurla zərərsizləşdirilib. Lakin bu səfər işlər ağır olub. Bütün çevrilişə cəhd edənlər həbs edilib. Keçirilən məhkəmələrin sonunda 7 nəfərin haqqında edam qərarı verilib. Bunların arasında Talat Aydemir və Fethi Gürcan da olub.

talat-aydemir_366563

Fethi Gürcanın həyat yoldaşı məclisə bir məktub yazaraq edamın ləğv edilməsini xahiş edib. O, həyat yoldaşının Türkiyə millisinsəki uğurlarının göz önünə gətirilərək edam edilməməsini istəmişdi. Lakin Fethi Gürcanın həyatını bu dəfə heç nə xilas edə bilməyib. O 1964-cü ildə edam edilib. Talat Aydemir isə ondan 8 gün sonra edam edilib.

Qeyd edək ki, dövlət çevrilişinə Talat Aydemir liderlik edib.

Turan Oruc
Musavat.com

fets

turkiye-cumhuriyeti-tarihinin-basarisiz-darbe-girisimi-talat-aydemir-olayi-57575e8e87452

Картинки по запросу Fethi Gürcan

  DİGƏR XƏBƏRLƏR