İnternet resepti ilə yemək hazırlamaq istəyən qız kor qaldı – Foto

İngiltədə Reddiç şəhər sakini internetdən əldə etdiyi yemək tərifinə görə xəstəxanalıq olub.

“Bizimyol.info” xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı Betani Rosser “sürətli və təhlükəsiz” təriflə yumurta bişirmək istəyib. Bunun üçün o, yumurtaları duzlu suya qoyaraq 6 dəqiqə mikrodalğalı sobaya yerləşdirib.

“Tərifə əsasən, yumurtaları 6-8 dəqiqə ərzində mikrodalğalı sobada “bişirmək” lazim idi. Əvvəlcədən sığortalanmaq üçün yumurtaları 6 dəqiqə sonra sobadan çıxarıb yoxlamaq istədim”. – Betani bildirib.

Sobadan çıxarılan yumurtalardan biri partlayaraq qızın üzünün sağ hissəsini yandırıb. Betani qeyd edib ki, həmin yumurtalar sobada tamamilə təhlükəsiz görünürdü.

Betani üzünün yanmış hissəsini sərin suyla yuyaraq təcili yardıma zəng vurub. “Artıq sağ gözümü aça bilirəm. Lakin hələ də bulanıq görürəm”,- deyə zərərçəkən bildirib.

Həkimlər Betaninin görmə qabiliyyətini bərpa edib-edə bilməyəcəkləri haqda məlumat verməyib.

  DİGƏR XƏBƏRLƏR