İntiharların qarşısını necə alaq?

Saleh Nəsirov yazır…

Ölkədə intihar edən şəxslərin sayı gündən-günə artır.

Ən dəhşətlisi isə siyahıda uşaqların və gənclərin olmasıdır.

İntihar – birmənalı çıxış yolu deyil!

Lakin ailə, valideynlər övladlarına yiyə çıxmayanda, dəstək verməyəndə, müdafiəsinə qalxmayanda, ölkədə sosial problemlərlə bağlı “qaynar xətt”, yerlərdə pulsuz və əlçatan sosial xidmətlər, sığınacaqlar, psixoloqlar, vəkillər, reabilitasiya və s. olmayanda insan çıxış yolunu məhz intiharda görür!

Çıxış yolu

Azərbaycanda əhalinin sosial problemlərinin həll olunması üçün:

1. Sosial İş İnstitutu və ailələrlə işləyən Peşakar Sosial İşçilər;
2. Uşaq Müdafiəsi Sistemi;
3. İcmalarda Sosial Xidmətlər tez bir zamanda dövlət səviyyəsində yaradılmalıdır ki, ölkədə uşaq zorakılığı, işgəncə və istismarı hallarının, ailə münaqişələrinin, boşanmaların, yoxsulluğun, əlilliyin, intiharların, kriminal hadisələrin və digər sosial problemlərin sayı sürətlə azalsın və Sosial Partlayış baş verməsin!

Bu qədər sosial gərginlik və problemlər dövləti və cəmiyyəti narahat etməyə bilməz… Sonda bütün bu problemlər bumeranq kimi məhz cəmiyyətin və dövlətin üstünə geri qaydır…

Valideynlər!

Uşaqlarınızı dəstəkləyin, sevin, bəsləyin!

Onları müdafiə edin və qoruyun!

Onları söyməyin, döyməyin, şiddətli və davamlı danlamayın, tənqid, təhqir etməyin!

Onları Zorla ərə verməyin!

Bu, eyni zamanda, Cinayətdir və Qanun Pozuntusudur!

Bilin, sonda hər şey bumeranq kimi artıqlaması ilə sizin özünüzə qayıdacaq və nəticədə günahkar məhz siz olacaqsınız!

Dəyişin və inkişaf edin!

Maariflənmə

İcmalarda, ələlxüsus rayon və kəndlərdə əhali təhsil, səhiyyə, əlillik, erkən və qohum nikahlar barədə daim maarifləndirilməlidir!

Maariflənmə, eyni zamanda, TV, Radio və Sosial Şəbəkələrdə də durmadan getməlidir!
Bütün bu məlumatları savadsız və həssas təbəqədən olan ailələrə peşəkar sosial işçilər, aidiyyəti dövlət qurumları, ictimai birliklər və www.uafa.az kimi təşkilatlar aşılamalıdır!

  DİGƏR XƏBƏRLƏR