İrandan Avropa ölkələrinə növbəti nüvə xəbərdarlığı

İran nüvə razılaşması barədə 3-cü addımı atacaq.
Qaynarinfoxəbər verir ki, bu barədə açıqlama verən İran prezidenti Həsən Ruhani Avropa İttifaqı ölkələrinə səslənib. İran hökuməti 7 iyulda Aİ ölkələrinə müraciət etmiş, nüvə razılaşmasının xilası üçün addımlar atmağa səsləmiş və 60 gün vaxt vermişdi.
Xatırladaq ki, İran daha əvvəl ABŞ-ın addımlarına qarşılıq olaraq müqavilənin bəzi şərtlərinə əməl etməkdən imtina edib. Rəsmi Tehran ötən gün 4,5% zənginləşdirilmiş uran ehtiyatının 370 kq-a çatdığını açıqlayıb.
İran hökuməti gələcəkdə zənginləşdirilmiş uran səviyyəsini 20%-ə qədər artırmağı, həmçinin razılaşmadan imtinanı istisna etmir.

  DİGƏR XƏBƏRLƏR