İsrail Qəzzadan atılan raketi məhv etdi

İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir qübbə” Qəzza bölgəsindən atılan raketi zərərsizləşdirib.
Bu barədə İsrail Müdafiə Nazirliyi “Twitter” də məlumat yayıb.
Qeyd olunub ki, Sderot şəhəri yaxınlığından atılan raket atışından sonra hava həyəcanı siqnalı işə düşüb.
“Xöşbəxtlikdən “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi atılan raketi zərərsizləşdirib”, – deyə məlumatda bildirilir.(Report)

  DİGƏR XƏBƏRLƏR