Jurnalistin həbs olunmasına Merkeldən reaksiya-FOTO

Bildiyiniz kimi jurnalist, “Qafqaz Xəbər Agentliyi”nin rəhbəri ,“Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu 3 iyul 2018 tarixində şərlənərək  BMCMİ-nin əməkdaşları  tərəfindən  həbs olunub.

Bu il aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Rasimoğluna (Tağıyevə)  qarşı qondarma ittiham əsasında açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dəhşətli dərəcədə ədalətsiz hökm oxunub. Hökmə əsasən M. Tağıyev  sanki qatı cinayətkarmış kimi 12 il müddətə azadlıqdan məhrum edilib. Hakim Fikrət Qəribov məhkəmə iclası başlayandan cəmi 15-20 dəqiqə sonra 12 vərəqli möhürlü sənəddən hökm oxumuşdur. Məhkəmədə prokuror Mahmud Rasimoğluna  12 il həbs cəzası verilməsini istəyib,hakim də onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Hökmdən jurnalistin müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilmişdir,lakin şikayət təmin olunmamışdır. Jurnalistə verilən hökm özbaşınalığın məhsuludur . Belə ki, qərar cinayət mühakimə icraatının vəzifə ,prinsip və şərtlərinə ziddir,falsifkasiyalara,saxtalıqlara ,uydurma fikir  və fantaziyalara məntiqi cəhətdən əsassız ehtimallara yol,verilməz sübutlara əsaslanıb ,müdafiə hüququnun ,insan və vətandaşların digər konstitusion hüquq və azadlıqlarının kobud pozulması ilə cıxarılıb. Bu qərar bir daha onu göstərir ki, Mahmud Rasimoğlunun (Tağıyevin)  cinayət təqibi şəxsi sifariş qaydasında həyata keçirilib və məhkəmə bunda bilavasitə iştirak edib.  Mahmud Tağıyev general Kamal Qılıcovun sifarişi ilə həbs olunub. Cinayət işində Toğrul Tağıyevin şantaj edilməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edib.Bu da Mahmud Rasimoğlu barəsində sifarişli qərar çıxarılmasının  daha bir sübutudur. Şərlənərək absurd ittiham əsasında həbs edillən jurnalist uzun neçə illərdir jurnalist fəaliyyəti ilə məşğul olub. Onun həbsə salınması  həm də azad mətbuatın həbsə salınmasıdır. Mahmud Rasimoğlunun həbsi ilə bağlı onun ailəsi dəfələrlə ölkə başçınına, birinci vitse-prezidentə,ölkənin dövlət orqanlarının rəhbərlərinə və məsul şəxslərə dəfələrlə çoxsaylı müraciətlər və şikayət məktubları yazmışdır.Lakin bütün  yazılan məktublara baxmayaraq  məsələyə heç bir müsbət reaksiya verilməmişdir, yalnız “Sizin şikayətiniz baxılması üçün aidiyyatı orqanlara göndərilmişdir” kimi şablonsayağı formal cavablar gəlmişdir.Reallıqda isə  həmin çoxsaylı müraciətlər hər dəfə Mahmud Rasimoğlunun ailəsinin məhz şikayət etdiyi orqanlara yönləndirilmişdir ki,bu da absurddur,ədalət prinsipinin pozulmasıdır.

Vətəndaşı olan ölkədə ədalətin bərqərar olmasını görməyən Mahmud Rasimoğlunun ailəsi  məcbur olub onun qanunsuz,heç bir çərçivəyə sığmayan  həbsi ilə bağlı bir sıra beynəlxalq təşkilatlara,qurumlara və dövlət başçılarına müraciət etmişdir.Ölkədəki dövlət rəsmiləri Mahmud Rasimoğlunun qanunsuz həbsi ilə bağlı onun ailəsinin müraciətlərinə reaksiyası dediyimiz kimi laqeyd  olduğu halda, insan hüquqları ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlardan və demokratik ölkələrin rəhbərlərindən gələn cavablar müsbət olmuşdur .Beynəlxalq qurumlar və bir sıra dövlət başçıları,xarici nazirliklər  cavab məktublarında dövlət rəsmilərimizdən fərqli olaraq  məsələyə daha həssaslıqla yanaşmışlar və məsələdən öz narahatlıqlarını ifadə etmişlər. Həmin  cavab məktublarının bir neçəsini təqdim edirik.

***

Hörmətli xanım Tağıyeva!

Federal Kansler Dr Angela Merkelə göndərdiyiniz elektron məktubunuza görə çox sağ olun.  Mənə elektron məktubunuza cavab vermək göstərişi verildi.

Məktubunuzda vətəniniz Azərbaycanda qanunun aliliyinin olmamasından şikayətlənir və ərinizə qarşı məhkəmə prosesinin şərtlərini təsvir edirsiniz.

Federal hökumət Azərbaycanda qanunçuluğu diqqətlə izləyir. Federal Kansler 2018-ci ilin avqustunda Azərbaycana son səfəri zamanı insan hüquqları məsələlərinə toxunmuş və güclü vətəndaş cəmiyyətinin vacibliyini vurğulamışdır.

Federal Hökumət dünyada, o cümlədən Azərbaycanda insan hüquqları sahəsindəki şübhəli hadisələrə toxunmağa davam edəcək.

Bu vəziyyətdə Sizə hər şeyin ən yaxşısını diləyirik.

Hörmətlə, Nina Bernhard

Hörmətli xanım Tağıyeva!

***

Latviya insan hüquqları və qanunun aliliyi prinsiplərini yüksək qiymətləndirir və həmişə beynəlxalq səviyyədə dəstəkləmişdir.

Həm Latviya, həm də Azərbaycan Avropa Şurasının üzvü olan ölkələrdir və ona aid bütün hüquq, imtiyaz və məsuliyyətlərlə Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına tabedirlər.  Latviya Xarici İşlər Nazirliyi əmindir ki, həyat yoldaşınızın vəziyyətində bütün bu prinsiplər nəzərə alınmalı və həyata keçirilməlidir.  Həqiqətən ümid edirəm ki, sizin və ərinizin bu çətin vəziyyətin qanuni həllini tapacaqsınız.

Hörmətlə,

Dainis Garančs

***

Hörmətli xanım Tağıyeva:

Baş nazir Castin Trüdonun adından mən sizin həyat yoldaşınıza aid şikayətinizin qəbulunu təsdiqləmək istərdim.

Xahiş edirik şərhlərinizin diqqətlə nəzərdən keçirildiyinə əmin olun. Qaldırdığınız sual, xarici işlər naziri möhtərəm Kristia Freeland üçün maraq kəsb edə bilər. Buna görə də elektron poçtunuzu məlumat üçün nazir Freelanda göndərirəm.

Vaxt ayırdığınız üçün təşəkkür edirik.

R. Olshansky

  DİGƏR XƏBƏRLƏR