Lionel Messi 3 ay diskvalifikasiya olundu

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina yığmasının və “Barselona”nın ulduzu Lionel Messiyə ağır cəza verib.
Qaynarinfo xəbər verir ki, federasiya hücumçunu 3 ay müddətinə diskvalifikasiya edib. Messi həmçinin 50 min dollar məbləğində cərimə ödəməli olacaq.
Messinin cəzası noyabrın 3-də başa çatacaq. Bu səbəbdən o, milli komandanın Çili, Meksika və Almaniyaya qarşı oyunlarını buraxmalı olacaq.
Qeyd edək ki, cəzaya səbəb Braziliyada keçirilən Amerika Kuboku zamanı futbolçunun CONMEBOL rəhbərliyini tənqid etməsi olub. Messi məmurları Braziliyanı çempion etmək üçün əllərindən gələni etməkdə ittiham edib.

  DİGƏR XƏBƏRLƏR