Məşhur opera sənətçisinə seksual zorakılıq ittihamı

İspaniyanın məşhur opera müğənnisi Plasido Dominqo seksual zorakılıqda ittiham edilir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 8 müğənni və rəqqas sənətçiyə qarşı iddia ilə çıxış edib. Həmin şəxslərdən sadəcə biri, Patrisia Vulf adını açıqlayıb. Digər 6 qadın isə Plasido tərəfindən narahat edildiyini deyib.
Bildirilir ki, P.Dominqo on illər ərzində qadınlara qarşı təhqiredici davranışlara yol verib.
Müğənni bu barədə iddiaları rədd edib.
Qeyd edək ki, Plasido Dominqo Vaşinqton Milli Operasına direktorluq edib, hazırda Los Anceles Operasının rəhbəridir. P.Dominqo 50 illik kariyerası ərzində 4 mindən çox konsertdə iştirak edib.

  DİGƏR XƏBƏRLƏR