“Maşın” yenidən başlayır

Azərbaycanın ən reytinqli və ən bahalı şousu – “Maşın” ekranlara qayıdır.  Proqram oktyabr ayının 1-dən etibarən ATV-də yayımlanacaq.  18 gün davam edəcək mübarizə ölkənin tanınmış simaları arasında baş tutacaq.

“M Group Production”ın Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,  artıq “Maşın” realiti  şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır.

Növbəti həftə isə siyahı tam versiyada hazır olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan “təcrübəsiz ulduzlar”a da yer verilib.

  DİGƏR XƏBƏRLƏR