Odessada otel yandı: 8 ölü, 10 yaralı

Ukraynanın Odessa şəhərində oteldə güclü yanğın baş verib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, “Tokyo Star Hotel”də baş verən hadisə azı 8 nəfərin həyatına son qoyub, 10 nəfər xəsarət alıb.
Binanın 2-ci mərtəbəsində başlayan yanğını söndürmək üçün 13 yanğınsöndürən maşın və 65 yanğınsöndürən cəlb edilib.

  DİGƏR XƏBƏRLƏR