Qəhvə zərəri barədə YENİ ARQUMENT

Amerikalı alimlər hesab edirlər ki, qəhvə və kofein tərkibli içkilərin böyük həcmdə istehlakı güclü baş ağrılarına meylli adamlarda miqrenin əmələ gəlməsinə səbəb ola bilər.

“Qafqaz Xəbər” qəzeti Sputnik Azərbaycan-a istinadən bildirir ki, tədqiqatda epizodik miqren diaqnozu qoyulmuş təqribən 100 nəfər iştirak edib. Bu diaqnoza görə, insanların ayda ən azı iki dəfə başı ağrıyır, ayda 15 dəfədən çox başı ağrıyanlar isə artıq xroniki miqrendən əziyyət çəkənlərdir.

Könüllülər onlayn sorğuda iştirak edərək gündə nə qədər qəhvə, çay, qazlı sular və energetik içki içdikləri barədə məlumat veriblər. Məlum olub ki, gün ərzində kofein tərkibli 3 içkidən artıq qəbul edəndə həmin gün, ya da sabahı miqren ağrıları oyanır. Eyni zamanda 1-2 stəkan qəhvə başağrısı yaratmayıb. Miqrenin yaranmasında kofeinin rolu mürəkkəbdir – çünki bu maddənin müəyyən miqdarı məhz ağrıkəsici effekt verir.

Ancaq nadir hallarda qəhvə içən insanlarda 1-2 fincan qəhvə həmin gün başağrısına səbəb ola bilər.

  DİGƏR XƏBƏRLƏR