“Qalatasaray” Super Kubokun sahibi oldu

Avqustun 7-də keçirilən futbol üzrə Türkiyə Super Kuboku uğrunda matçda “Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar.

Axar.az xəbər verir ki, paytaxt Ankaranın “Eryaman” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla yadda qalıb.

Matçın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı açıb – 1:0. Birinci hissə elə bu hesabla başa çatıb.

İkinci hissədə hər iki tərəf qol vurmağa çalışsa da, hesab dəyişməyib və beləliklə, “Cim-bom” super kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu qələbə sayəsində “Qalatasaray” klubu 16-cı dəfə bu kuboka yiyələnib.

  DİGƏR XƏBƏRLƏR