“Qarabağ”ın Avropa Liqasındakı oyun təqvimi açıqlandı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda “Sevilya”ya qarşı keçirəcək. İkinci turda “Düdelanj”ın qonağı olacaq “Qarabağ” 3 və 4-cü turlarda bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəldiyi Cənubi Kipr APOEL-i ilə qarşılaşacaq.
5-ci turda “Sevilya”nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda “Düdelanj”ı qəbul edəcək.
I tur
19 sentyabr
“Qarabağ” – “Sevilya”
II tur
3 oktyabr
“Düdelanj” – “Qarabağ”
III tur
24 oktyabr
“Qarabağ” – APOEL
IV tur
7 noyabr
APOEL – “Qarabağ”
V tur
28 noyabr
“Sevilya” – “Qarabağ”
VI tur
12 dekabr
“Qarabağ” – “Düdelanj”

  DİGƏR XƏBƏRLƏR