“Qarabağ”ın yarımçıq qalan Çempionlar Liqası arzusu – SƏBƏBLƏR

Ötən gün Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə görüş keçirdi və 2:0 hesabı ilə məğlubiyyətə uğradı. Səfərəd 2:1 hesablı qələbə qazanmış “Qarabağ”ın mərhələ keçmə şansı yüksəsk olsa da, Bakıdakı matç komanda üçün uğurlu alınmayıb.

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov Modern.az-a “Qarabağ”ın məğlubiyyətini dəyərləndirib.

“APOEL “Qarabağ”la məğlubiyyətindən, hardasa 2 gün sonra baş məşqçilərini dəyişməli oldu. İtaliyalı məşqçini, indiki Tomas Dolla əvəz etdi. Vaxtilə Almaniyada, Türkiyədə çox təcrübəli bir məşqçi kimi fəaliyyət göstərib. “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla şəxsi söhbətimdə mənə bildirdi ki, ola bilər bu dəyişim bizim əleyhimizə işləsin. Hətta 2 gün bundan qabaq mətbuat konfransında da özü bu haqda bildirmişdi ”.

 

Aydın Bağırov Qarabağın məğlub olma səbələrini də vurğuladı:

“ Çünki Qurban Qurbanov APOEL-in əvvəlki məşqçisi ilə olan müddətdə komandanı çox gözəl şəkildə analiz etmişdir. Nəticədə də qalib gəlmişdi. Baxmayaraq ki, komanda eyni olsa da, baş məqçi dəyişikliyi vəziyyəti bir az qəlizləşdirdi. Oyunçular eyni olsa da, komandanda yeni taktikaların olması əvvəlkilərdən xeyli  fərqləndi. Hesab edirəm ki, yeni məşqçinin taktinalarını öyrənmək, Qurban Qurbanova texniki cəhətdən hazırlışmağa vaxt baxımından heç də  sərf etmədi. Dünən biz özümüz də iki məşqçinin qarşıdurmasının şahidi olduq. Nəticədə də almaniyalı məşqçi qalib gəldi. Həmin məşqçi “Qarabağ” klubu haqqında bütün məlumatları öyrənmişdi. Bu məğlub olmanın birinci tərəfi idi. Hesab edirəm ki, “Qarabağ”ın heyətində müəyyən oyunçular var ki, komandadan uzaqlaşdırılmalıdır. Məsələn, bolqarıstanlı futbolçu Klapçer orta xəttə oynayırdı. Dünən sanki, Qarabağ 10 nəfərlə oynayırdı. Taktiki və texniki səhvlər çox oldu. Qurban Qurbanov da əvəz etmələrə ciddi nəzarət etməli idi. Oyun zamanı tez –tez dəyişmələr olsaydı daha yaxşı olardı.  Bunun da nəticəsi “Qarabağ”ın məğlubiyyətinə səbəb oldu. Qarabağ növbəti mərhələyə keçə bilmədi “.

 

Onun fikrincə, “Qarabağ”ın məğlubiyyəti ilə bağlı azarkeşlərin bəzən təhqiramiz ifadələrdən isitfadə etməsi düzgün deyil.

“Qarabağ Avropa liqasının pley off mərhələsində öz mübarizəsini davam etdirəcək. Yenə də şans var ki, “Qarabağ” Avropa Liqasının qrupuna düşsün. Avropa Liqasının qrupuna düşmək bugünkü reallıqda Qarabağ üçün minumum hədəfə nail olmaq deməkdir. Bu gözlənilən bir məğlubiyyət idi. Azarkeşlərin bu məğlubiyyəti çox emosional şəkildə qarşıladığının şahidi olduq. Hətta mənə təsir edən o odu ki, azarkeşlər sosial şəbəkələrdə Qarabağ klubu haqqında təhqiramiz fikirlər səslənirdi. Əslində onları da qınamaq olmaz, çünki həmişə qalibiyyət gözləyirlər. Azarkeşləri belə məsələrdə təmkinli olmağa səsləyirik. Ancaq Qarabağ üçün heç nə bitməyib. Düzdür bu oyunda yaxşı bir şans var idi ki, Çempionlar liqasının pley offuna düşsün, ancaq təssüf düşə bilmədi. Belə şanslar da səmərəli istifadə etmək olardı. Bilmək olmur birdə  hardasa 5-10 ilə şans olacaq ya yox”.

 

Aydın Bağırov sosial şəbəkələrdə Rəşad Sadiqovla bağlı fikirlərə də aydınlıq gətirdi:

“Oyun zamanı Rəşadın bir səhvi o oldu ki, on bir metrlik cərimə zərbəsi məqamında topa toxunuşu düz olmadı. Futbolda bu kimi halların olması təbii haldır. Rəşad Sadıqov özü mərkəz müdafiəçisidir. Futbolda ikili mübarizlərdə belə hallar olur. Heç bir mərkəz müdafiəçisi suğortalanmayıb. Ancaq bu elə də təhqir ediləcək səviyyədə bir səhv deyildi”.

 

CBC Sportun şərhçisi Gündüz Abbaszadə düşünür ki , Qarabağ dünənki oyunda heç də uğursuz bir oyun göstərmədi.

“Nəzərə almaq lazımdır ki, APOEl Bakıya yeni bir məşqçi ilə gəlmişdi. Kifayət qədər təcrübəli bir məşqçi idi. Ancaq buna baxmayaraq Qarabağın qol imkanları çox idi. Bir azarkeş kimi mənə təsir edən o oldu ki, rəqib komanda 3 dəfə qapıya yaxınlaşdı və onun 2 -si qapıdan içəri keçdi. Burda ayrı-ayrı fərdləri mən günahlandırmaq istəmirəm. Heyətdə olan futbolçuları nəzərdə tuturam.Təbii ki, bu məğlubiyyət bütöv komandanın məğlubiyyəti demək idi. Ancaq bu qədər Qarabağın üzərinə gedilməsinin də tərəfdarı deyiləm. Bu həmin Qarabağdır ki, 1 həftə bundan öncə qəhrəman komanda kimi qiymətləndirilirdi. Gələcəyə nikbin baxmaq lazımdır. Təbii ki, Çempionlar liqasına düşmək üçün keçirələcək oyun hər zaman nəsib olmur. Bu bir şans idi. Neyləmək olar oyunda qalib gəlmək də var, məğlubiyyət də . Qarabağ özünü toparlamalıdır ki, Avro Liqada qələbə qazansın. Şimali İrlandiya təmsilçisi Linfiltlə qarşılaşacaq. Biz də bu oyunda həm media həm də azarkeş olaraq Qarabağın yanında olmalıyıq. Qarabağ bu oyunda çoxlu qol imkanları yarada bildi, ancaq reallaşmasında çətinlik çəkdi. O qollardan biri qapıdan keçsəydi, artıq fərqli bir nəticə ilə nəticələnəcəkdi. Bir məqam da var ki, Qarabağ büdcəsi artıq olan  güclü bir  komanda ilə qarşılaşırdı”.

  DİGƏR XƏBƏRLƏR