Qızlarımızı bədbəxtliyə aparan erkən və qanunsuz nigahlar niyə artır? – VİDEOSORĞU

Hələ də ölkəmizdə gender məsələləri, qadın hüquqlarının ailə və cəmiyyət tərəfindən tapdanması, erkən nigahlar, rəsmi nigah olmadan qurulan ailələr, qanunsuz nigahdan doğulan körpələr problem olaraq qalır.

Tez-tez mətbuatda ailə-məişət problemlərinin qurbanları ilə bağlı məlumatlara rast gəlirik ki, bunların əksəriyyəti də erkən yaşda təhsildən yayındırılan və valideyn təkidi ilə nigaha daxil olan gənc qızlardır. Onların bir qismi ailədaxili şiddətin, bir qismi intiharın, digər qismi isə boşanmaların qurbanı olur.

Bəs görəsən, vətəndaşların bütün bu məsələlərlə bağlı fikri necədir? Onlar qızların erkən yaşda ərə verilməsinə, rəsmi nigah olmadan ailələrin qurulmasına necə baxırlar?

Valideynlər qızlarının ailə qurarkən qarşı tərəfin kimliyinə niyə biganə yanaşırlar?

  DİGƏR XƏBƏRLƏR