Qrenlandiya hökumətindən Trampın adanı almaq istəyinə cavab

Qrenlandiya biznes sahəsində əməkdaşlığa açıqdır, satış üçün yox.

Bunu ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq fikrinə cavab olaraq muxtar bölgənin Xarici İşlər Nazirliyi rəsmi “Tvitter” səhifəsində açıqlayıb.

Qeyd edək ki, yayılan məlumatlara görə, Tramp müşavirlərindən ABŞ-ın Danimarkadan adanı almaq imkanını dəfələrlə soruşub və bu məsələni müzakirə edib. Qrenlandiyanın geostrateji vəziyyəti, təbii ehtiyatları və ABŞ-ın Arktikada hərbi iştirakının genişləndirilməsi əsas müzakirə mövzuları olub.

  DİGƏR XƏBƏRLƏR