Robert Kennedinin qatili həbsxanada bıçaqlanıb

1968-ci ildə ABŞ senatoru Robert.F.Kennediyə qarşı sui-qəsdin icraçısı, məhkəmə tərəfindən 50 il həbs cəzasına məhkum olunmuş Sərxan Sərxan adlı cinayətkar San-Diyeqo şəhərinin Riçard Donovan həbsxanasında bıçaqlanıb.

ABŞ-ın İslah və Reabilitasiya Departamentinin yaydığı məlumata görə, sui-qəsdçi məhkum həbsxana kamerasının döşəməsində bıçaqlanmış vəziyyətdə tapılıb və hospitala çatdırılıb. Departamentin məlumatında Sərxanın adı çəkilməsə də, Associated Press agentliyi xəbər verib ki, yaralanan məhkum məhz odur. Terrorçu qatilin hazırda səhhətinin sabit olduğu da bildirilir.

1968-ci ildə Kaliforniyadan prezidentliyə namizədliyini irəli sürmüş ABŞ senatoru Robert.F.Kennediyə sui-qəsd edən Sərxan xüsusi təhlükəli məhkum kimi ağır rejimi olan kamerada saxlanılıb.

  DİGƏR XƏBƏRLƏR