Rusiyada qvardiyaçılara atəş açıldı

Rusiyanın Tümen şəhərində naməlum şəxs Federal Milli Qvardiya Qoşunları Xidmətinin əməkdaşlarına atəş açıb.

TASS xəbər verir ki, bunu Xidmətin rəsmi nümayəndəsi Valeri Qribakin deyib.

Onun sölzərinə görə, bir qvardiyaçı odlu silahdan açılan atəş nəticəsində yaralanıb: “Hazırda onun həyatı üçün təhlükə yoxdur. Keşik çəkən qvardiyaçılar şübhəli kişiyə yaxınlaşan zaman o, qvardiyaçılara tərəf naməlum əşya tullayıb və silahdan atəş açıb”.

V.Qribakin qeyd edib ki, hadisə yerindən qaçmaq istəyən şübhəli saxlanılıb və zərərsizləşdirilib: “Hücum edən kişi ayağından yaralanıb. O, xəstəxanaya yerləşdirilib”.

 

 

 

 

  DİGƏR XƏBƏRLƏR