Rusiyanın ən çirkli şəhərləri açıqlandı

Rusiyanın 200 böyük şəhərində aparılan sorğu “Domofon” analitiklərinə ölkənin ən çirkli şəhərlərinin reytinqini hazırlamağa imkan verib.

“Qafqazinfo”nun məlumatına görə, birinci yeri Norilsk şəhəri tutub. İkinci yerdə Kiselyov, üçüncü yerdə isə Belovo qərarlaşıb.

Siyahıda Vorkuta dördüncü, Yakutsk beşinci, Pervouralsk altıncı olub. Onların ardınca Prokopyevsk, Leninsk-Kuznetsk, Novokubışevsk, Klin şəhərləri yer alıb.

  DİGƏR XƏBƏRLƏR