Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

Elm adamları Rusiyanın cənubunda yerləşən Krasnodar vilayətində iki növ ağcaqanadın “Dengue”, “Chikungunya”, “Zika” və “sarı qızdırma” xəstəliklərini yaydığını açıqlayıb.

Bu barədə “İzvestiya” qəzeti xəbər verib.

Martsinovski İnstitutunun Molekulyar Biologiya və Biokimya Laboratoriyasının aparıcı elmi işçisi Aleksandr Lukaşev bu ağcaqanad növlərinin qlobal istiləşmə səbəbindən Misirdən və Cənub-Şərqi Asiyadan Rusiyaya köçdüyünü söyləyib.

Onun sözlərinə görə, bu, qlobal problemdir. O qeyd edib ki, “şimalda görünməməli olan tropik xəstəliklərin daşıyıcıları uyğun temperatur şəraiti olan ərazilərə köç edirlər.”

Lukaşev Avropada da oxşar mənzərənin müşahidə olunduğunu vurğulayıb.

“Alimlərin fikrincə, 2050-ci ilə qədər bu ağcaqanadlar hətta İsveçdə də yayılacaq. Ölkəmizin cənubda çoxaldılar və indi Mərkəzi Rusiyaya köçürlər”, – Lukaşev deyib.

Avqustun 19-da “Rosselxoznadzor”un Vnukovo hava limanında İngiltərədən gətirilən 20 milyondan çox həşəratı saxladığı məlum olub.

Daha əvvəl “Rospotrebnadzor” son bir neçə ildə Rusiyada sayı iki dəfə artan tropik böcəklərin yayılmasının qarşısını almaq üçün həyata keçirilməli olan profilaktik və sanitariya standartlarından danışıb. Mənzildə təmir işləri, o cümlədən tavanların ağardılması, divarların divar kağızlarının vurulması, döşəmələrdəki çatların bağlanması kimi işlərin vacib olduğu qeyd açıqlamışdı.

Evə qayıtdıqdan sonra paltarları camaşırxanaya və ya quru təmizliyə verilməsinin vacibliyi vurğulanmışdı./FaktXəbər

  DİGƏR XƏBƏRLƏR