Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu”

Rusiyanın Su-35S qırıcıları Suriyanın hava məkanında Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarını “tutub” və onları ölkənin hava məkanını tərk etməyə məcbur edib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Al-Masdar News” bildirir.

Məlumata görə Türkiyə qırıcıları Suriyanın hava məkanına 30-40 kilometr dərinlikdə daxil olublar və İdlib səmasında Rusiya təyyarələri ilə qarşılaşıblar. Onlar ya Rusiyanın Hava-Kosmik Qüvvələrindən xəbərdarlıq alıblar, ya da radarlarında Rusiya döyüş təyyarələrini görüblər. Bu insidentdən sonra Su-35 qırıcıları Xan-Şeyxun şəhərinin ətrafında görünüb.

Xatırladaq ki, avqustun 19-da Suriyanın Hərbi Hava Qüvvələri İdlib regionunda Türkiyə hərbi karvanına zərbə endirib. Karvan Xan-Şeyxundakı müxalif qruplaşmalara dəstək üçün göndərilirdi. Hücum nəticəsində üç mülki sakin həlak olub, Türkiyə ordusunun itkiləri barədə məlumat verilmir.

  DİGƏR XƏBƏRLƏR