Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

Şimali Koreya avqustun 10-da növbəti dəfə iki raket sınağı həyata keçirib.

BBC xəbər verir ki, Cənubi Koreya hərbi mənbələri ballistik raketlərin yaxın mənzilli olduğunu bildirib.

Məlumata görə, raketlər Koreya Xalq Demokratik Respublikasının şərqində yerləşən Hamhunq şəhərindəki hərbi bazadan Yapon dənizi istiqamətində buraxılıb.

Cənubi Koreyanın bəyanatında deyilir ki, atılan raketlər təxminən 400 kilometr məsafəni qət edib.

  DİGƏR XƏBƏRLƏR