Tanınmış azərbaycanlı həkim Rusiyada faciəvi şəkildə öldü

Rusiyanın Kalininqrad şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tanınmış azərbaycanlı həkim-otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundov ölüb.

“Komsomolskaya Pravda” xəbər verir ki, yol qəzası avqustun 11-də səhər saatlarında baş verib.

Belə ki, “Volkswagen Golf” avtomobilini idarən edən 63 yaşlı sürücü idarəetməni itirərək, qarşı hərəkət zolağına çıxıb və T.Axundovun sükanı arxasında olduğu “Volkswagen Polo” maşını ilə toqquşub.

65 yaşında həyatını itirən azərbaycanlı uzun müddət Kalininqradın Mərkəzi Şəhər Kliniki Xəstəxanasında işləyib. İnsident zamanı T.Axundovun yanında onun böyük oğlu olub. O, xəsarət almayıb.

T.Axundov Azərbaycanda dəfn ediləcək. Onun nəşi bu gün təyyarə ilə ölkəyə çatdırılacaq.

  DİGƏR XƏBƏRLƏR