Qaynarinfo xəbər verir ki, ilk dəfə olaraq, kişilər arasında təşkil olunan avrokubok matçını qadın hakim idarə edəcək.
Matç Fransa Futbol Federasiyasından Stefani Frapparta həvalə olunub. Ona irlandiyalılar – Manuela Nikolosi ilə Mişel Onil yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə türkiyəli Cüneyt Çakır yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 14-də Türkiyənin İstanbul şəhərindəki “Vodafon Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Son mövsümdə “Liverpul” Çempionlar Liqasının, “Çelsi” isə finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub.