Turgenevi tapança ilə qorxudan Tolstoy – iki dahi yazarın 17 illik davası (FOTOLAR)

Dünyaca məşhur iki yazarın uzun illər boyu küsülü qalması olduqca maraqlıdır. 

Heç şübhəsiz ki, Tolstoy və Turgenev dünya ədəbiyyatı üçün olduqca vacib insanlar olub. Amma onlar bir-birilə 17 il küsülü qalıblar. Nəyə görə? Bu barədə maraqlı faktları diqqətinizə çatdırırıq.

Tolstoy ilə Turgenev bir doğum günü şənliyində qarşılaşıblar. Həmin doğum günü şənliyində Turgenev 12 yaşlı bir qız ilə səhnədə rəqs edib. Bunu görən Tolstoy həmin gecə gündəliyinə bu sözləri qeyd edib: “Turgenev və rəqs. Bu, çox üzücüdür”.

Dünya Edebiyatının İki Dev İsmi Tolstoy ve Turgenyev Arasında 17 Yıl Süren Kavga

İki yazar bir müddət sonra Rusiyanın qərbə yönəlik bir siyasəti olması üzərində uzun-uzadı mübahisə ediblər. Uzanan mübahisənin sonunda Tolstoy Turgenevi duelə çağırıb.

Bu fikrinin ciddi olduğunu göstərmək üçün “dueldə tapançadan istifadə edək” deyən Tolstoy Turgenevi ciddi şəkildə qorxudub. Bunun ardından Turgenev Tolstoydan üzr istəyib və məsələ bir müddətlik qapanıb.

5

Lakin bu məsələ qapansa da, Tolstoy yenə sakit durmayıb, Turgenevi qorxaq adlandırbr. Məsələ yenidən duelə gedib çıxıb. Bu dəfə Turgenev Tolstoyu duelə çağırıb. Uzun səfərə çıxdığını deyən Turgenev döndükdən sonra Tolstoyla məsələlərini həll edəcəyini bildirib.

Bu minvalla uzun bir zaman dəfələrlə bir-birini duelə dəvət edən yazarların davası tam 17 il bu cür davam edib. Tolstoy qərbə səfər edən zaman qumarda bütün pulunu itirib. Pulsuz qalan yazıçı məcbur olaraq Turgenevin qapısını döyüb. Olanları bir kənara qoyub Tolstoya qapısını açan Turgenev ona borc pul verib. Bu sayədə barışan iki dahi yazıçının ədavəti sona çatıb.

6

Lakin iki dahi yazıçının bu 17 illik davası tarixdə kiçik bir ayrıntı kimi yer alır.

Sonda hər iki dahi yazıçı haqqında qısa məlumatı diqqətinizə çatdıraq.

Lev Tolstoy

Lev Nikolayeviç Tolstoy rus yazıçı, publisist və filosof olub.

Yazdığı “Hərb və sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – “Allahın səltənəti qəlbimizdədir” (rus. “Царство Божие внутри нас”) XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərib.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Картинки по запросу Tolstoy

İvan Sergeyeviç Turgenev 

1833-cü ildə 15 yaşlı Turgenev Moskva universitetinin filologiya fakültəsinə daxil olub. Bir il sonra onlar Peterburqa köçüb və buna görə Turgenev təhsilini Peterburq universitetində davam etdirməli olub.

1838-ci ildə elmlər namizədi dərəcəsinə yiyələnən yazar Almaniyaya köçüb. Berlində məskunlaşan Turgenev qədim latın və yunan dillərini öyrənib.

1842-ci ildə vətəninə qayıdan yazıçı ədəbi fəaliyyətə başlayır. 1846-cı ildə “Bretter” və “Üç portret” povestlərini qələmə alıb. Daha sonra o “Mumu”, “Yakov Pasınkov”, “Sakitlik” kimi əsərləri ilə oxucularını sevindirib. O ən böyük romanları toplandığı “Nov” adlı kitabını 1860-cı ildə artıq Parisə köçdüyü zaman dərc etdirib. Yazıçı 1883-cü ildə elə Parisdə dünyasını dəyişib.

Turan Oruc
Musavat.com

Картинки по запросу İvan Sergeyeviç Turgenev

  DİGƏR XƏBƏRLƏR