Türkiyə 100 minə yaxın suriyalıya vətəndaşlıq verdi

Türkiyə 92 mindən çox suriyalıya vətəndaşlıq verib.

BakuPost-un Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlıq verilmiş suriyalılardan 45 280-i uşaqdır.

S. Soylu qeyd edib ki, hazırda İstanbulda 547 min suriyalı yaşayır.

  DİGƏR XƏBƏRLƏR