Yaponçikin varisi vəhşicəsinə öldürüldü – Video/16+

Nüfuzlu qanuni oğru Aleksey Petrov (Petrik və ya Lenya Xitrıy) Ukraynada yaşadığı evin qarşısında xüsusi amansızlıqla öldürülüb.

“Qafqaz Xəbər” qəzeti Virtualaz.org-a istinadla xəbər verir ki, qanuni oğrunun qətli anı kameralara düşüb.

Petrikə iki nəfər hücum edib. Həmin şəxslər kriminal avtoritetə çoxsaylı bıçaq zərbəsi endiriblər.

Məlumata görə, kriminal avtoriteti döyəndən sonra onun boğazını kəsiblər.

Petrik cinayətkar aləmdə unikal şəxsiyyət hesab olunurdu. O, hələ ötən əsrin 70-ci illərinin sonlarında Moskvanın şimal-şərqindəki Mazutlu keçiddə SSRİ-nin ilk mütəşəkkil cinayətkar qruplaşmalarından birini yaradıb, həmin qruplaşma “Mazutinsk qruplaşması” kimi tanınıb.

Petrik habelə məşhur oğru, kriminal aləmin kralı hesab edilən Vyaçeslav İvankov (Yaponçik) vurulanda onu xəstəxanada ilk ziyarət edən adam olub. Yaponçik ona bir neçə kəlmə söz deməyə imkan tapıb, sonra komaya düşüb və bir daha ayılmayıb. Deyilənə görə, Yaponçik işlərini Petrikə vəsiyyət edib.

Ukraynada isə Aleksey Petrov sənaye müəssisələrinin istehsalat tullantılarının realizasiyası ilə məşğul idi və kriminal işlərdən çəkilmişdi. O, Zaporojets vilayətindəki Vtromaysk qəsəbəsindəki fərdi evində yaşayırdı.

  • Facebook

  DİGƏR XƏBƏRLƏR