Ərdoğan 58 il əvvəl edam edilən Menderesdən yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Baş Nazir Adnan Menderesin edim edilməsinin 58-ci ildönümündə mesaj yayımlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Menderesi böyük hüznlə yad etdiklərini bildirib:

“Mərhum Menderesin demokratiya mübarizəsində atdığı cəsarətli addımlar bizim üçün ilham mənbəyi olmağa davam edir. Edam edilməsinin 58-ci ildönümündə dərin kədərlə yad etdiyimiz Adnan Menderes ömrünü ölkəmizin demokratikləşməsinə, inkişafına həsr edib”.

Qeyd edək ki, Adnan Menderes hərbi çevrilişdən sonra 17 sentyabr 1961-ci ildə asılaraq edam edilib. Onun həbsdə qaldığı müddətdə bir çox işgəncələrə məruz qaldığı deyilir. Menderes Türkiyənin 9-cu və demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş ilk Baş Naziri olub.

  DİGƏR XƏBƏRLƏR