30 tələbəyə təqaüd, 350 gəncə iş verib – Hülya Avşar haqqında bilmədikləriniz

İllərdir serial, reklam və bir çox layihə ilə ekranlarda yer alan və milyonlarla heyranı olan Hülya Avşarın qazancı təəccübə səbəb olub.

Ölkə.az bildirir ki, aktrisanın daha çox daşınmaz əmlak və torpaq sahələrinə sərmayə qoyub. Onun İstanbulda, Bodrumda, İngiltərədə daşınmaz əmlak və torpaq sahələri var.

Bildirilir ki, Hülya Avşar 2017-ci ildə reklam firmalarından birinin siması olmuş və 2 mln Tl qazanc əldə etmişdi.
Yerli jurnallardan birinin xəbərinə görə, Hülya Avşarın 2021-ci ilə qədər müqavilə bağladığı firmadan əldə etdiyi gəlir 6 milyon türk lirəsi olub.

O, 30 ildir çəkildiyi hər serial, film, reklam anlaşmasında bir çox gənc insan üçün iş imkanları yaradıb. Qeyd edilir ki, aktrisanın 1989-cu ildən bu yana işlə təmin etdiyi gənclərin sayı 350-dən artıqdır.

Son 20 il ərzində tennis idmanına qazandırdığı gənc isə 1000 nəfər olub. Hülya Avşar hər il 30 universitet tələbəsinə də təqaüd verir.

  DİGƏR XƏBƏRLƏR