ABŞ daha min əsgərini Polşada yerləşdirəcək

Polşa Prezidenti Andjey Dudanın ABŞ-a səfəri çərçivəsində iki ölkə arasında müdafiə sahəsində müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, ABŞ Polşa hökumətinin hesabına bu ölkədə daha min əsgər yerləşdirəcək. Əsgərlər üçün yeni obyektlər də inşa olunacaq.

Görüşdə Polşa vətəndaşlarının ABŞ-a vizasız səyahət etməsi məsələləri də nəzərdən keçirilib.

  DİGƏR XƏBƏRLƏR