Adil İsmayılovun vəkillik fəailiyyəti bərpa olundu

Vəkil Adil İsmayılov vəkillik fəaliyyətini davam etdirəcək.

Bizimyol.info xəbər verir ki, vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti bərpa olunub. Adil İsmayılov bu məlumatı facebook hesabından paylaşıb.

Vəkil bundan sonrakı fəaliyyətini, əsasən, vəkilliyin inkişafına və vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi ona ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəyini bildirib.

Vəkil yanında olan və vəkillik fəaliyyətinin bərpa olunmasında ona dəstək göstərənlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Adil İsmayılov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 9 sentyabr 2019-cu il tarixli qərarı ilə vəkillik fəaliyyətindən uzaqalşdırılmışdı.

  DİGƏR XƏBƏRLƏR