Adnan Oktar bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq

Ötən il bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktar bu gün ilk dəfə İstanbulda Silivri Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

226 şübhəli barədə 24 ayrı cinayət maddəsi əsasında ittiham irəli sürülüb. İttiham aktı 3 min 908 səhifədən ibarətdir.

Prosesin ilk günündə Oktar da daxil olmaqla 164 şübhəli şəxs ilə vəkilləri qatılıb.

  DİGƏR XƏBƏRLƏR