Afət Telmanqızı Nəsimidən danışmaq üçün jurnalistdən min manat istədi

Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə bu kompozisiyaya yüksək qiymət verənlər Nəsiminin “Sığmazam” qəzəlini təhrif edib, “Pəncu-şeş” hind mahnısıyla sintez edən Afət Fərmanqızını da “xatırlayıblar”. Sosial şəbəkə istifadəçiləri Fərmanqızının bu kompozisiyadan sonra xəcalət çəkməli olduğunu yazırlar.
İctimai reaksiyalarla bağlı Kult.az-ın sualını cavablandıran Afət Fərmanqızı deyib ki, o, mətbuata ödənişlə – 1000 manat müqabilində açıqlama verir.
Müğənni vurğulayıb ki, bu pulu nağd şəkildə aldıqdan sonra açıqlama verə bilər.
Qeyd edək ki, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini “Pəncu-şeş” hind mahnısı üzərində oxumuş, eyni zamanda, sözlərini də təhrif etmişdi.

  DİGƏR XƏBƏRLƏR