Arif Hacılı yenidən Müsavat başqanlığına namizəd oldu

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən partiya başqanlığına namizədliyini irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
“Müsavat Partiyası başqanlığına namizədliyimi irəli sürdüm. Sabahdan seçki kampaniyasına başlayıram. Platformamı elan edəcəyəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq. Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir. Qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. İnternet TV-lər vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq”, – A.Hacılı bildirib.
Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur. Qurultayda partiyaya başkan seçkisi keçiriləcək. Arif Hacılıdan əlavə, Müsavat başqanı postuna partiya funksionerləri – Tofiq Yaqublu və Yadigar Sadıqlı da namizədliklərini irəli sürüblər.
Xatırladaq ki, partiyanın sonuncu qurultayı 2014-cü ilin sentyabrında keçirilib. Həmin qurultayda Arif Hacılı başqan seçilib.

  DİGƏR XƏBƏRLƏR