Ata 38, ana isə 36 yaşındandır – 10-cu uşaqları dünyaya gəldi – VİDEO

Ata 38, ana isə 36 yaşındandır. Bu yaşda olmalarına baxmayaraq ailənin 10 övladı var.
Abşeron rayonu 28 may qəsəbəsində yaşayan Məmmədovlar ailəsi hazırda 10-cu övladının sevinci yaşayır. Ailə başçısı Xaliq Məmmədov deyir ki, onun ən böyük arzusu çoxuşaqlı ailəyə sahib olması olub.
Uşaqların anası Azədə Məmmədova isə uşaqların çox olmasının onun üçün heç bir problem yaratmadığını deyib.
Məmmədovlar ailəsinin 2 övladı isə əkizdir. Onların 4 yaşı var. O, uşaqların sayını bundan sonra da artırmaq arzusunda olduğunu deyir.
Valideyinləri isəövladlarının ali təhsil alaraq vətənə layiqli övlad olmaqlarını arzulayır.
///xəzərxəbər

  DİGƏR XƏBƏRLƏR