Atatürkün qızı ilə dənizdəki videosu maraqla qarşılandı

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mənəvi qızı Ülkü Adatəpə ilə dənizə girərkən çəkilmiş və yenidən rənglənmiş videosu sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, görüntülər səhifələrin birində paylaşılıb. Qızı ilə dənizə girən Atatürk daha sonra qum üzərinə uzanaraq günəşlənir.

Video qısa müddətdə yüzlərlə səhifə tərəfindən paylaşılıb.

 

  DİGƏR XƏBƏRLƏR