Azərbaycan millisi Uelsə uduzdu

Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, yığmamız AVRO-2020-nin seçmə mərhələsində dördüncü görüşünü keçirib.
Qrupdakı ilk üç matçında rəqiblərinə məğlub olan Nikola Yurçeviçin yetirmələri bu dəfə Uelsin qonağı olub. Komandamız heç vaxt qalib gələ bilmədiyi britaniyalıları büdrətmək və ilk xalını qazanmaq niyyətindəydi.
İlk 3 oyundan ikisində uduzan Uels isə doğma arenasında yığmamıza qalib gələ bilməsəydi, final mərhələsinə vəsiqə şansı minimuma enəcəkdi. Bu səbəbdən Rayan Giqqzin kollektivini yalnız qələbə qane edirdi. Mövsümə yaxşı başlayan Qaret Beylin başçılıq etdiyi hücum xəttinin qarşısını almaq müdafiəçilərimiz üçün çətin görünürdü. Belə də olub. Komandamız səfərdə bu rəqibə qol vurmasına baxmayaraq, sonda məhz Beylin vurduğu qələbə qolu sayəsində meydanı məğlubiyyətlə tərk edib.
AVRO-2020
Seçmə mərhələ
V tur, 6 sentyabr
E qrupu
Uels – Azərbaycan 2:1
Qollar: Pavel Paşayev, 26 (avtoqol). Qaret Beyl, 84 – Mahir Emreli, 59.
Uels: 1. Ueyn Hennessi, 3. Nil Teylor, 5. Kris Mefam, 6. Jozef Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms.
Ehtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Deyvis, 2. Kris Qanter, 4. Ben Deyivs, 8. Metyu Smit, 9. Sem Vouks, 13. Kyeffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokayer, 17. Conatan Uilyams, 22. Co Morrell, 23. Uill Uolks.
Baş məşqçi: Rayan Giqqz.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.
Hakimlər: Farrucia Kann Trustin, Alan Kamilleri, Luke Portelli, Alan Mario Sant (Malta).
Uels. Kardiff şəhər stadionu.

  DİGƏR XƏBƏRLƏR